ABŞERON RAYONUNDA ÖLÜMLƏ NƏTİCƏLƏNƏNYOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Abşeron rayonu ərazisində Tofiq Hümbətəliyev “Mitsubishi” markalı avtomaşınla üç nəfər piyadanı vurmuşdur. Nəticədə onlardan biri hadisə yerində ölmüşdür. Xəstəxanaya yerləşdirilmiş 2 nəfərin vəziyyəti isə orta-ağırdır.
Kürdəxanı qəsəbəsində isə qəsəbə sakini Zaur Süleymanovun “BMW” markalı avtomaşını yolun kənarındakı dirəyə vurması nəticəsində Bakı sakini Ümüd Ümüdəliyev hadisə yerində keçinmişdir. Xəsarət almış sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilmişdir.
Faktlarla bağlı təhqiqat aparılır.