Azərbaycan Dövlət İnformasiya Agentliyi

Acıdərə türk şəhidliyinə yürüş: Hər kəs bir bardaq su ilə gəlib

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 99-cu ildönümü münasibətilə Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində respublikamızın ərazisindəki türk şəhidlikləri ziyarət olunur, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan milli ordu hissələri ilə birlikdə Bakı və ətraf rayonları bolşevik-daşnak işğalından azad etmələri tariximizin şanlı səhifələrindən biri kimi xatırlanır. Həmçinin Türkiyə və Azərbaycanın - sevinci və kədəri bir olan “bir millət, iki dövlət”in tarixi dostluq və qardaşlığının bu gün daha da möhkəmləndiyi qeyd edilir.

Müdafiə Nazirliyi rəsmilərinin, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelik aparatı əməkdaşlarının, hərbi qulluqçuların, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin Bakı-Şamaxı yolunda, Qobustan rayonu ərazisindəki Acıdərə türk şəhidliyinə yürüşü ötən əsrin əvvəllərində xilaskarlıq missiyası ilə Azərbaycana gələn və bolşevik-daşnak qoşunları ilə qanlı döyüşlərdə şəhid olan “Mehmetciyin” xatirəsinə əbədi ehtiramın nümayişinə çevrilib.

“Hər gələn bir bardaq su ilə gəlsin” vətənpərvərlik aksiyasının iştirakçıları əvvəlcə türk şəhidliyi abidə-kompleksini ziyarət edərək önünə əklil və qırmızı qərənfillər qoyublar. Tənha türk şəhidinin məzarı qarşısında keçirilən xatirə mitinqini açan Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani Göyçay, Kürdəmir, Ağsu, Şamaxı, eləcə də Bakının daşnak quldurlarından azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, bu döyüşlərdə Qafqaz İslam Ordusunun yüzlərlə əsgər və zabiti şəhidlik zirvəsinə ucalıb. Bununla yanaşı, həmin dövrdə havaların son dərəcə isti keçməsi, quraqlığın hökm sürməsi, hətta çayların, bulaqların suyunun quruduğu vaxtlarda neçə-neçə döyüşçü susuzluqdan dünyasını dəyişib. Şəhidlərin ruhları şad, yerləri sərin olsun deyə anım mərasiminə gələn hər kəs qanla suvarılmış Acıdərəyə bir bardaq su ilə gəlib.

Şəhidlərin xatirəsinə əbədi ehtiram əlaməti olaraq əsgərlər öz su qablarını çıxararaq tənha türk şəhid qəbrinə və vaxtilə qanlar tökülmüş əraziyə su çiləyib və bütün aksiya iştirakçıları da onlara qoşulub.

Türkiyənin ölkəmizdəki hərbi attaşesi, briqada generalı Zafer Ocak bu ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Hərbi hissələrdən birində keçirilən “Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının qələbəsidir” adlı tədbirdə şəhidlərin xatirəsi dərin sükutla yad edilib.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü A.Qurbani “Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr tariximizin şanlı səhifəsidir”, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru Mehman Süleymanov “Qafqaz İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü” mövzularında çıxış ediblər.

Bildirilib ki, görkəmli türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edildiyi şərəfli tarixi günlərdən 99 il ötsə də, Azərbaycan xalqı xilaskarlıq missiyası ilə Azərbaycana gəlmiş şanlı türk əsgərinin qardaşlıq köməyini heç vaxt unutmur. Xalqımız yaxşı bilir ki, məhz Qafqaz İslam Ordusunun sayəsində Bakımız bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak quldurlarından - “Sentrokaspi diktaturası”ndan təmizlənib. İki gün sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçürülərək Bakı paytaxt elan edilib. Şərqin ilk demokratik dövləti olan AXC-nin qurulması və sonrakı mövcudluğunda tariximizin bu şanlı səhifəsi - Bakının işğaldan azad edilməsi mühüm rol oynayıb.

Briqada generalı Z.Ocak Çanaqqala zəfərinin qazanılmasında, Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycan xalqının unudulmaz xidmətlərini yada salıb, Bakının erməni-bolşeviklərdən azad edilməsində Qafqaz İslam Ordusunun iştirakını bir qardaş köməyi kimi dəyərləndirib. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının bu gün də uğurla davam etdirildiyini, hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə artıq “TurAz Qartalı - 2017” taktiki təlimlərinin keçiriləcəyini qeyd edərək tədbir iştirakçılarını əlamətdar və tarixi hadisə münasibətilə təbrik edib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev ötən əsrin əvvəllərində nəinki Bakı və onun ətraf rayonlarında, eləcə də respublikamızın bir çox bölgələrində baş verən bolşevik-daşnak qətliamlarından və bu qətliamların qarşısının alınmasında qardaş Türkiyədən gəlmiş sərkərdələrin, qəhrəman “Mehmetcik”lərin igidliklərindən söhbət açıb, Kazım Qarabəkir paşanın Naxçıvan uğrunda xidmətlərindən bəhs edib. O, sınaqlardan çıxmış Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən daha da möhkəmləndirildiyini və bu gün də Prezident İlham Əliyevin sayəsində uğurla inkişaf etdirildiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Müdafiə Nazirliyi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə hərbi şöhrət tariximizin öyrənilməsinə, təbliğinə xüsusi önəm verir. Bugünkü tədbir də bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Tədbirin sonunda vətənpərvərlik mahnılarının və hərbi marşların ifaçısı Şəmistan Əlizamanlının iştirakı ilə “Qafqaz dağı, yol ver bizə!” adlı ədəbi-musiqili kompozisiya və Qafqaz İslam Ordusuna həsr olunmuş videoçarxlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb