ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib
Bakı, 30 may, AZƏRTAC
ADA Universitetinin rektoru Hafiz Paşayevin, Koç Universitetinin rektoru professor Metin Sittinin və Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun iştirakı ilə görüş keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub, ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.