ADAU-da beynəlxalq layihələrin yazılması mövzusunda təlim keçirilib
Gəncə, 4 mart, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Ege Universitetinin əməkdaşı, dosent Fırat Sarsar “Beynəlxalq layihələrin yazılması” mövzusunda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşları üçün təlim keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin məqsədi ADAU əməkdaşlarını beynəlxalq layihələrin yazılması və idarə edilməsi istiqamətində bilik və bacarıqlara yiyələndirmək, həmçinin yerli və beynəlxalq qrantlara müraciət etməyə təşviqdən ibarət olub.
Sonda iştirakçılara sertifikatlar verilib.