Adil Kərimli: Mədəniyyət və hüquq arasındakı əlaqə düşündüyümüzdən daha dərindir
Bakı, 10 dekabr, AZƏRTAC
Mədəniyyət və hüquq arasında mövcud olan konesptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Əgər biz mədəniyyət və hüququn bir-birinə olan münasibətində müasir çağırışları müzakirə etmək istəyiriksə, o zaman ilkin olaraq bu anlayışların yenidən təhlil və müzakirə olunması məqsədəuyğun olardı.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli dekabrın 10-da Heydər Əliyev Mərkəzində keçirilən "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı elmi-praktik forumda çıxışı zamanı deyib.
O bildirib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır.
Nazirin sözlərinə görə, pozitiv mənada isə hüquq individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]