ADPU tələbələri III Respublika Olimpiadasının mükafatçısı olublar
Bakı, 26 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə III Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri olimpiadada uğurla iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Riyaziyyat fakültəsinin tələbələri Zümrüd Tağızadə və Cəmilə Əsədova ll və lll yerə layiq görülüb. Kimya və biologiya fakültəsinin tələbəsi Hökumə Ağaliyeva III yerin sahibi olub. Fakültənin tələbələri Nicat Səmədov və Esra Paşayeva olimpiadada fəal iştirak etmələrinə görə sertifikatla təltif ediliblər. Fizika fakültəsinin III kurs tələbəsi Saleh Mahmudov III yerə, II tədris ilinin tələbəsi Səkinə Qasımlı isə həvəsləndirici diploma layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]