ADU əməkdaşları Belqradda Heydər Əliyevin abidəsi önündə anım tədbirində iştirak ediblər
Bakı, 13 iyun, AZƏRTAC
Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dil siyasəti” adlı konfransda “Azərbaycan və Serbiya arasında ədəbi-mədəni əlaqələr” mövzusunda müzakirələr və mədəni-bədii tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Konfrans Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində ADU tərəfindən təşkil edilib.
Konfrans iştirakçılarının bir qrupu Belqradın Taşmaydan parkında Azərbaycanın xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfinə ucaldılmış abidənin önündə anım tədbirində iştirak edib. ADU-nun əməkdaşları, Azərbaycanın Serbiyadakı səfirliyinin nümayəndəsi, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri və Belqrad Universitetində təhsil alan azərbaycanlı tələbələr Ulu Öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıblar. Tədbir iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ümummilli Liderin xatirəsini ehtiramla yad ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]