ADY: Azərbaycanda dəmir yollarının “karbon izi” elə də çox deyil
Bakı, 5 dekabr, AZƏRTAC
Bu gün bütün dünyada, o cümlədən Azərbaycan nəqliyyatında dekarbonizasiya xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan yaşıl iqtisadiyyata transformasiya edərək bu proseslərin önündə gedir.
AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Asiya İnkişaf Bankı (AİB) ilə “Azərbaycan Dəmir Yolları”nın birgə həyata keçirəcəyi dekarbonizasiya layihəsi çox əhəmiyyətlidir.
“Azərbaycanda dəmir yollarının “karbon izi” elə də çox deyil. Buna baxmayaraq, AİB layihənin həyata keçirilməsi ilə bağlı məhz "Azərbaycan Dəmir Yolları"nı seçib. ADY-nin dekarbonizasiya baxımından çox mühüm imkanları var. İstər bərpaolunan enerjinin inkişafı, əldə olunması baxımından, istərsə də enerji səmərəliliyi məsələlərinin daha da yaxşılaşdırılması baxımından imkanlar mövcuddur. Azərbaycanın nəqliyyat sektorunun qovşaq kimi formalaşdığı dövrdə dekarbonizasiya layihəsinin tamamlanması nəticəsində ölkənin dəmir yolları daha səmərəli, daha ekoloji, təmiz və daha etibarlı nəqliyyat vasitəsinə çevriləcək”, - deyə Turxan Əhmədov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]