“Aegis Ashore” raketdən müdafiə sistemindən imtina Tokio-Vaşinqton münasibətlərinə təsir etməyəcək
Tokio, 16 iyun, AZƏRTAC
Yaponiyanın iki prefekturasında ABŞ istehsalı olan “Aegis Ashore” yerüstü raketdən müdafiə sisteminin yerləşdirilməsinin dayandırılması, Tokio və Vaşinqton arasında münasibətlərə təsir etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 16-da Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi parlamentdə çıxışı zamanı bildirib. Naziri qeyd edib ki, Yaponiya ABŞ ilə regional təhlükəsizlik üçün mühüm əhəmiyyətə malik olan strateji ittifaqı gücləndirməkdə davam edəcək.
Xatırladaq ki, iyunun 15-də Yaponiyanın Müdafiə naziri Taro Kono “Aegis Ashore” raketdən müdafiə sisteminin yerləşdirilməsi barədə prosesin dayandırıldığını bəyan edib. Bununla əlaqədar son qərar Milli Təhlükəsizlik Şurasının iclasında qəbul ediləcək.
ABŞ hökuməti Yaponiyaya iki ədəd “Aegis Ashore” raketdən müdafiə sisteminin satışı barədə artıq qərar verib. Həmin sistemlərin Yamaquçi və Aiçi prefekturalarında yerləşdirilməsi nəzərdə tutulurdu. Tokionun hesablamalarına görə bu sistemlər ölkənin bütün ərazisini ballistik raket zərbələrindən qorumalı idi. Lakin həmin sistemlərin təhlükəsizliyinə şübhə ilə yanaşan yerli hakimiyyət orqanları onların həmin ərazilərdə yerləşdirilməsinə icazə vermir.
Yaponiya hökuməti həmin sistemlərin alınması üçün 268 milyard yen (təqribən 2,5 milyard dollar) sərf etməyi nəzərdə tuturdu.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]