“Aeroflot open” festivalının sonuncu turunda Rauf Məmmədov və Aydın Süleymanlı qarşılaşırlar
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının doqquzuncu turunun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalın sonuncu turunda A turnirində mübarizə aparan şahmatçılarımızdan Rauf Məmmədov və Aydın Süleymanlı qarşılaşırlar. Ötən turlarda uğurla çıxış edən təmsilçilərimiz 6 xalla turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. Bu turnirdə digər şahmatçılarımız - Vüqar Əsədli çinli Cou Ciançao, Vasif Durarbəyli Hindistan təmsilçisi Raunak Sadhvani, Abdulla Qədimbəyli isə türkiyəli Vahap Sanal ilə mübarizə aparırlar. Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə rusiyalı Yevgeni Levin ilə qarşılaşır.
Turnirdə V.Əsədli 5, V.Durarbəyli 4,5, A.Qədimbəyli isə 4 xal qazanıblar. B turnirindəki təmsilçimiz M.Muradlı 5,5 xalla səkkizinci yeri tutur.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]