AFFA Avropa Liqasının final oyununun təbliği məqsədilə “AITF 2019”da iştirak edib
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 4-dən etibarən Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisi keçirilir.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə təşkil olunmuş sərgidə turizm şirkətləri, aviaşirkətlər, mehmanxana şəbəkələri, sanatoriyaların milli və regional təmsilçiləri öz xidmətlərini təqdim edirlər.
Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununun təbliğatı məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası sərgidə iştirak edib.
Sərgi öz işinə aprelin 6-da yekun vuracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]