AFFA TÜRKİYƏ YIĞMASINA EV OYUNLARINI BAKIDA KEÇİRMƏYİ TƏKLİF ETMİŞDİR
Məktubda dünya çempionatının final mərhələsinə düşmək üçün Türkiyə və İsveçrə komandaları arasındakı görüşdə baş vermiş mənfi hallara görə, FİFA Nizam-İntizam Komitəsinin Türkiyə yığmasının altı ev oyununu neytral meydanda keçirməsi ilə bağlı qərarının təəssüf hissi ilə qarşılandığı bildirilir. AFFA, qardaş ölkələr arasında səmimi dostluq münasibətlərini nəzərə alaraq, Türkiyə futbol qurumunun rəhbərliyinə altı oyunun hamısının Bakıda keçirilməsini təklif etmiş və bu işdə onlara hərtərəfli yardım göstəriləcəyinə söz vermişdir.
Xatırladaq ki, həmin komandalar arasında ilk oyunda isveçrəlilər 2:0 hesabı ilə qalib gəlmişdilər. Türkiyədə keçirilmiş cavab qarşılaşmasında isə meydan sahibləri 4:2 hesabı ilə qələbə qazansalar da, isveçrəlilər qonaq meydanında iki top vurduğuna görə, dünya çempionatının final mərhələsinə çıxmışlar.
Cavab görüşündə Türkiyə yığmasının oyundan sonra rəqibə qarşı yol verdiyi kobudluq onun sərt cəzaya məruz qalması ilə nəticələnmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]