Ağ ev ABŞ-HƏMAS danışıqlarını təsdiqləyib
Bakı, 6 mart, AZƏRTAC
Ağ evin mətbuat katibi Karolin Levitt Vaşinqtonun Fələstinin HƏMAS hərəkatı ilə danışıqlar apardığını təsdiqləyib.
Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.
“Trampın xüsusi nümayəndəsi istənilən şəxslə danışmaq hüququna malikdir. Bu, İsraillə razılaşdırılıb. Danışıqlar və müzakirələr davam edir. Mən bu təmasların təfərrüatlarını açıqlamayacağam", - deyə Levitt brifinqdə vurğulayıb.
Daha əvvəl “Axios” mənbələrinə istinadla bildirmişdi ki, Tramp administrasiyası HƏMAS ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha geniş atəşkəs sazişinin bağlanmasının mümkünlüyü ilə bağlı birbaşa danışıqlar aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]