Ağ Şəhər bulvarında Ümumdünya Stolüstü Tennis Günü qeyd edilib
Bakı, 6 aprel, AZƏRTAC
Dənizkənarı Milli Parkda, Ağ Şəhər Bulvarında 6 aprel - Ümumdünya Stolüstü Tennis Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Stolüstü tennis hər kəs üçün” şüarı altında keçirilən tədbirdə yığma komandanın üzvləri ictimai istifadə üçün yerləşdirilmiş tennis masalarında izləyicilərlə maraqlı oyunlar nümayiş etdiriblər. Tədbir çərçivəsində könüllülər də stolüstü tennis oynayıblar.
İdmançılar bulvardan sonra federasiyanın idman zalında Ümumdünya Stolüstü Tennis Günü ilə bağlı tədbiri davam etdiriblər.
Beynəlxalq Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə hər il Ümumdünya Stolüstü Tennis Günü geniş qeyd olunur. Əsası 1926-cı ildə qoyulmuş Beynəlxalq Stolüstü Tennis Federasiyası sıralarında 226 stolüstü tennis assosiasiyasını birləşdirir.