Ağac emalı sexində qanunsuz yolla əldə edilmiş işlik meşə materialları aşkarlanıb
Bakı, 2 dekabr, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 51,67 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib. Bunu AZƏRTAC-a xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]