Ağac tinglərinin paylanılması aksiyası davam edir
Bakı, 5 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirdiyi yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlifcinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti aksiya aprelin 8-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Bank of Baku”nun qarşısındakı parkda saat 11:00-dan 12:00-dək, Suraxanı rayonunda bələdiyyə binasının qarşısında saat 12:00-dan 13:00-dək, Pirallahı rayonunda “Yaşıl park”ın qarşısında saat 13:00-dan 14:00-dək, Lənkəranda vağzalyanı meydanda, Gəncədə isə Kəpəz bələdiyyəsinin qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.
Aksiyalarda vətəndaşlara müxtəlifcinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]