Ağbulaq kəndində daşınmaz əmlakın pasportlaşdırılması başa çatdırılıb
Şahbuz, 1 mart, AZƏRTAC
Şahbuz rayonunun Ağbulaq kəndində torpaq sahələrinin ölçülərinin dəqiqləşdirilməsi başa çatdırılıb, 157 daşınmaz əmlak obyekti plana alınaraq kəndin yeni yerquruluşu xəritəsi hazırlanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər ki, torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilib, qanunvericiliyə uyğun aradan qaldırılıb.
Tikililərin kütləvi texniki inventarlaşdırılması aparılıb və pasportlaşdırılması üçün ölçüləri dəqiqləşdirilib. Komitənin səyyar xidmət qrupu tərəfindən texniki sənədlərin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yaşadıqları ərazidə vətəndaşların müraciətləri qəbul edilib. Artıq Ağbulaq kəndində tikililərin pasportlaşdırılması tam başa çatdırılıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu yeni hazırlanan mülkiyyət sənədlərini kənd sakinlərinə təqdim edib. 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib, yardımçı tikililər inventarlaşdırılıb.
Qeyd edək ki, kənddə aparılan kompleks quruculuq işlərinin davamı, vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsi olaraq kənd sakinlərinə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı və inventarlaşdırılması tamamilə dövlət hesabına həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]