Ağcabədidə 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsi yad olunmuşdur
Ağcabədi, 29 mart (AZƏRTAC). Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov və başqaları XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslər, Qafqazda erməni daşnakları tərəfindən törədilmiş soyqırımlar haqqında danışmışlar. Bildirilmişdir ki, əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” yaratmaq xülyasında olmuş və bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törətmişlər.
Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər.
Çıxışlarda 1918-ci ilin martında Bakı və ətraf ərazilərdə baş vermiş faciələr bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilmiş, Ermənistanın bu gün də davam edən bu vəhşilik, işğalçılıq siyasəti qətiyyətlə pislənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]