Ağcabədidə evdən oğurluq edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Ağcabədi rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Mamedov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb, qardaşı Allahşükür isə müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən Allahşükürün yaşadığı evə baxış zamanı oradan 100 qramdan artıq heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən Allahşükürə məxsus “VAZ-21705” markalı avtomobilin rayonun Taxtakörpü qəsəbəsi ərazisində olduğu müəyyən edilib. Ağcabədi və Zərdab Rayon Polis şöbələrinin əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi qəsəbə ərazisində saxlanılıb.
Avtomobilin salonuna baxış zamanı oradan heroin aşkar edilərək götürülüb. Nəqliyyat vasitəsini idarə edən Ağcabədi şəhər sakini P.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]