AĞCABƏDİDƏ HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ YENİ MƏKTƏB BİNALARI İNŞA OLUNMUŞDUR
Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, proqram çərçivəsində Hindarx 2 saylı, Şənlik, Minaxorlu kənd orta məktəbləri üçün hər biri 240 yerlik, Hacılar kəndində 200 yerlik, Aşağı Avşar kəndində isə 100 yerlik yeni binalar tikilib istifadəyə verilmişdir.
Yerli büdcə vəsaiti hesabına şəhər 4 saylı orta məktəbi üçün 360 yerlik yeni bina tikilmiş, 9 saylı şəhər orta məktəbi əsaslı təmir olunmuşdur. Proqramın 2-ci mərhələsində Şərəfxanlı kəndində 240 yerlik, Qaraxanlı və Mehrablı kəndlərində hər biri 200 yerlik, Xocavənd kəndində isə 100 yerlik məktəb binalarının inşa edilməsi nəzərdə tutulmuşdur. Bütün məktəblərdə əsaslı və cari təmir işləri aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]