Ağdamda alpaqutçular üçün zona seminarı keçirilib
Bakı, 7 yanvar, AZƏRTAC
Ağdam Olimpiya İdman Kompleksində Azərbaycan Alpaqut Federasiyası Qarabağ regional nümayəndəliyin təşkilatçılığı ilə idmançılar üçün zona seminarı keçirilib.
Alpaqut Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Ağdam, Ağcabədi və Laçın filiallarının alpaqutçularının iştirak etdikləri seminarı federasiyanın regional inkişaf üzrə vitse-prezidenti Rafiq Qasımov aparıb. Seminardan sonra dərəcələr üzrə imtahan keçirilib. İmtahanın nəticəsinə görə 18 nəfər uşaq və yeniyetmə müxtəlif dərəcəli kəmərə layiq görülüb.