Ağdamın Kəngərli kəndində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Ağdam, 2 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Kəngərli kənd klub-icma mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Kukla Teatrı müxtəlif kompozisiyalarla çıxış edib.
Müstəqil "Oyuq" Uşaq Teatrının təqdimatında "Xoşbəxt olsun uşaqlar" adlı bayram konserti, müxtəlif nağıllardan səhnəciklər təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.