AĞDAMIN TƏBİƏTİ ERMƏNİLƏR TƏRƏFİNDƏN MƏHV EDİLİR
Ağdam, 22 iyul (AZƏRTAC). İşğal altında qalmış Ağdam rayonunun təbiəti 17 ildir ki, ermənilər tərəfindən məhv edilir.
Rayon ekologiya və təbii sərvətlər şöbəsinin rəis əvəzi Zabil Bağırov AZƏRTAC-a bildirmişdir ki, işğal nəticəsində rayonun Şahbulaq yatağında 64 milyon 767 min kubmetr mişardaşı ehtiyatı, Gülablı yatağında 3 milyon 999 min kubmetr üzlük daşı, Boyəhmədli, Çobandağ, Şahbulaq yataqlarında 210 milyon 370 min ton sement xammalı, ümumi ehtiyatı 36 milyon 829 min kubmetr olan Xaçınçay və Qarqarçay qum-çınqıl yataqları, ehtiyatı 1 milyon 599 min kubmetr olan Ağdam gil yatağı ermənilərin nəzarəti altına keçmişdir.
Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalmış, ərazidə törədilən yanğınlar nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəymişdir. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]