AĞDAŞDA ÇƏLTİK YIĞIMI DAVAM EDİR
Ağdaş, 20 oktyabr (AZƏRTAC). Ağdaşda çəltikçiliklə məşğul olan torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər.
Hazırda rayonun Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Nəvətava və Hapıtlı kəndlərindəki çəltik sahələrində biçin başa çatmaq üzrədir. Çəltikçilər bu günədək 1784 ton məhsul toplamışlar. Son günlər havanın yağmurlu keçməsi çəltik biçini kampaniyasının vaxtında başa çatdırılmasına mane olmuşdur.
Ağdaşda çəltikçiliyə maraq ilbəil artır. Ötən il 800 hektar sahədə çəltik becərilmişdisə, bu il həmin rəqəm 1196 hektara çatdırılmışdır.
Mütəxəssislərin fikrincə, şoranlaşmış torpaqların digər bitkilər üçün yararlı hala salınmasından ötrü həmin ərazilərdə əvvəlcə çəltik yetişdirilməsinin böyük əhəmiyyəti var. Bu il çəltik əkilmiş sahələrin 396 hektarı şoran torpaqların payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]