AĞDAŞDA ƏKİN SAHƏLƏRİ DƏ, MƏHSULDARLIQ DA ARTMIŞDIR
Ağdaş, 19 oktyabr (AZƏRTAC). Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən ayrılan yardımlardan yetərincə bəhrələnən Ağdaşın torpaq mülkiyyətçiləri əkin sahələrinin daha da genişləndirilməsində və bol məhsulun əldə edilməsində maraqlıdırlar. Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, cari ildə Ağdaşda yazlıq və payızlıq bitkilərin əkin sahəsi artırılaraq 35 min hektara çatdırılmışdır. Belə ki, bu il rayonda 15 min 434 hektar sahədə taxıl, 1.196 hektar sahədə çəltik, 3.500 hektar sahədə tərəvəz, 700 hektar sahədə kartof, 1.500 hektar sahədə bostan məhsulları, 1.232 hektar bağ sahəsində isə meyvə yetişdirilmişdir.
Oktyabrın 15-nə olan məlumata görə, rayonda 15 min 468 ton meyvə, 46 min 853 ton taxıl, 51 min 130 ton tərəvəz, 24 min 419 ton bostan, 15 min 990 ton qarğıdalı, 10 min 497 ton kartof yığılmışdır. Hazırda rayonda meyvə-tərəvəz və çəltik tədarükü davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]