Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rayon ərazisində məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə 9 noyabr - Dövlət Bayrağı Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə bayram sovqatı olaraq ərzaq məhsulları paylanmışdır.