Agentlik: Bir həftə ərzində 4000-ə yaxın şagirdin yerdəyişməsi tamamlanıb
Bakı, 4 mart, AZƏRTAC
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarısı üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Şagirdlərin elektron yerdəyişməsi prosesi “sy.edu.az” sistemi vasitəsilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]
ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub
- 10.06.2026 [17:02]