Agentlik dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib
Bakı, 6 sentyabr, AZƏRTAC
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib.
AZƏRTAC agentliyin müraciətini təqdim edir.
“Yeni tədris ilinin başlamasına az qalıb. Bu məqsədlə, yerli təhsili idarəetmə orqanlarına dərsliklərin təhsil müəssisələrinə paylanması ilə bağlı müvafiq tapşırıqlar verilib. Tədris ili başlamadan valideynlərdən övladlarının təhsil aldığı müəssisələrə yaxınlaşaraq dərslikləri məsul şəxslərdən təhvil almaları xahiş olunur.
Dərsliklərin vaxtında əldə olunması tədrisin səmərəli və fasiləsiz davam etməsi üçün vacibdir.
Valideynlər dərsliklərin təhvil alınması üçün müvafiq təhsil müəssisələri ilə əlaqə saxlayaraq proseslə bağlı əlavə məlumat əldə edə bilərlər”, - deyə müraciətdə bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]