Ağsuda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi olub
Ağsu, 22 aprel, AZƏRTAC
Ağsuda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsi, ev 31-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Cəbiyeva Arzu Şaməddin qızı evlərində qardaşı, 1974-cü il təvəllüdlü Cəbiyev Müslüm Şaməddin oğlunu mətbəx bıçağı ilə vurub. Aralarına girən anası 1938-ci il təvəllüdlü Cəbiyeva Maya Məcid qızı da xəsarət alıb. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.
İlkin məlumata görə, bıçaqlanmaya səbəb Müslüm Cəbiyevin sərxoş vəziyyətdə evə gələrək bacısı Arzu Cəbiyeva ilə mübahisə etməsi olub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]