AĞSUDA KEÇİRİLƏN ƏMƏK YARMARKASINDA 71 NƏFƏRƏ GÖNDƏRİŞ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi sentyabrın 19-da Ağsuda əmək yarmarkası keçirmişdir.
Yarmarkada boş iş yerləri təqdim edən 19 müəssisə və təşkilat iştirak etmişdir ki, onların 7-si dövlət, 10-u qeyri-dövlət sektorunun təmsilçiləri, 2-si isə fiziki şəxs olmuşdur.
Əmək yarmarkasında iştirak edən müəssisə və təşkilatlar işaxtaranlara 206 boş iş yeri təklif etmişlər.
Tədbirdə 71 nəfərə işlə təmin olunmaq üçün göndəriş verilmişdir. İş yerlərində orta aylıq əmək haqqı 75 manatdan 200 manatadəkdir.