Ağsuda keçirilən iməcilikdə min nəfərədək sakin iştirak etmişdir
Ağsu, 19 mart (AZƏRTAC). Ağsu rayonunda Novruzun gəlişi münasibətilə kütləvi iməcilik keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, martın 19-da keçirilən iməcilikdə rayonun min nəfərədək sakini iştirak etmişdir. Aksiya zamanı küçə və parklarda, Bakı-Şamaxı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, şəhərin şimal ərazisində salınmış seyrəngahda təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmış, yaşıllıqlara qulluq edilmişdir.
Rayonun bir sıra təşkilatlarının, o cümlədən təhsil şöbəsinin, mərkəzi rayon xəstəxanasının, kommunal müəssisələri kombinatının, gigiyena və epidemiologiya idarəsinin kollektivləri iməcililikdə yüksək fəallıq göstərmişlər.