REGİONLAR
AĞSUDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ SATIŞ YARMARKASI KEÇİRİLMİŞDİR
Ağsu , 30 dekabr (AZƏRTAC). Bu gün Ağsu şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.
Yarmarkaya fermerlər və fiziki şəxslər tərəfindən 5,8 ton mal əti, 8,2 ton qoyun əti, 5 min toyuq, 5,1 ton kartof, 3,2 ton soğan, 0,8 ton fındıq, 0,5 ton şabalıd, 4,4 ton meyvə, 3,5 min butulka meyvə şirələri və s. məhsullar çıxarılmışdır.
Məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılmışdır. Burada alqı-satqı üçün sanitar-gigiyenik qaydalara cavab verən hər cür şərait yaradılmışdır.
Yarmarka axşamadək davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]