Ağsuda yol qəzası: 1 nəfər ölüb, xəsarət alan var
Ağsu, 8 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Şamaxı–Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan İsa Sadıqov hadisə yerində həyatını itirib. İlkin məlumata görə, xəsarət alanlar da var.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:05]
Balakəndə möhtəşəm konsert proqramı VİDEO
- 12.06.2026 [20:22]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]