İQTİSADİYYAT
Aİ-nin növbəti sanksiyası Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanması”na qarşı olacaq

Bakı, 22 aprel, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Rusiyaya olan növbəti, 14-cü sanksiya paketi məhdudiyyətlərdən yayınaraq rus xam neftini gizli daşıyan “kölgə tanker donanması”na yönələcək.
AZƏRTAC Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri Tobias Bilstrem Aİ ölkələrinin Lüksemburqda keçiriləcək görüşü ərəfəsində deyib.
“Biz sanksiyaları Rusiyanın sıxılmış təbii qazı ilə yanaşı, nefti gizli daşıyan tankerlərə də aid edəcəyik”, - deyə nazir bildirib.
Rusiyaya qarşı yönələn 14-cü sanksiyalar paketi hələlik hazırlanma mərhələsindədir və Aİ xarici işlər nazirlərinin Lüksemburq görüşündə qəbul edilməyəcək.