Aİ-nin yaşlı əhalisinin 46 faizi COVID-19 vaksininin ilk dozasını alıb
Bakı, 25 may, AZƏRTAC
Avropa ittifaqının yetkinlik yaşına çatan əhalisinin 46 faizi artıq koronavirus əleyhinə vaksinin ilk dozasını əldə edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
“Avropa İttifaqında vaksinasiya tam sürətlə davam edir: 300 milyon vaksin dozası çatdırılıb, 245 milyonu istifadə olunub, yetkinlik yaşına çatmış əhalinin 46 faizi koronavirusa qarşı vaksinin ən azı birinci dozanı əldə edib”, - deyə Ursula fon der Lyayen özünün tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, bu həftə ərzində Avropa İttifaqında vaksinasiyanın birinci mərhələsindən keçən yetkin əhalinin sayı 50 faizə çatdırılacaq.
Hazırda Avropa İttifaqında dörd vaksin - “BioNTech” və “Pfizer” konsorsiumunun hazırladığı preparat, ABŞ-ın “Moderna” və “Johnson & Johnson” kompaniyalarının vaksinləri, həmçinin Böyük Britaniya və İsveçin birgə “AstraZeneca” kompaniyasının peyvəndi qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]