Aİ ölkələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi barədə razılığa gəlib
Berlin, 18 iyul, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrin nümayəndələri Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar bu ölkəyə qarşı 18-ci sanksiyalar paketinin qəbulu barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropanın, o cümlədən Almaniyanın tanınmış nəşrləri məlumat yayıb.
Qeyd edək ki, 18-ci sanksiyalar paketi Slovakiyanın razılıq verməməsi səbəbindən qəbul edilməmişdi. Slovakiya sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə, bunun kompensasiya olunmasına dair vəd tələb edirdi.
Avropa Komissiyası bu tələblərin yerinə yetirildiyini açıqlasa da, Slovakiyanın Baş naziri Robert Fitso bu vədləri kifayət qədər inandırıcı saymamışdı. O, bəyan etmişdi ki, ölkəsi üçün istisna maddəsinin tətbiqi ən doğru yol olardı. Bu istisna Slovakiyaya Rusiyanın “Qazprom” şirkəti ilə imzaladığı mövcud müqaviləni 2034-cü ilədək qüvvədə saxlamağa imkan verməlidir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berıin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]