Akademik Mustafa bəy Topçubaşov haqqında çəkilmiş sənədli film nümayiş etdirilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti, rejissor Yalçın Əfəndiyevin “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkdiyi “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Soltanzadə bildirmişdir ki, film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, cərrahlıq elmi məktəbinin banilərindən biri, akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir.
Filmin ssenari müəllifləri Nadejda İsmayılova, Yalçın Əfəndiyev
rejissoru Yalçın Əfəndiyev, operatoru Adil Abbas, səs rejissoru Teymur Abdullayevdir.
Vurğulanmışdır ki, bu ekran əsəri yaxın vaxtlarda televiziya kanallarında nümayiş olunacaqdır.
Tədbirdə çıxış edən alimin nəticəsi Mustafa Tobçubaşov babasının əməyinə verilən yüksək qiymətə görə filmin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirmişdir.
“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filmi böyük maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [18:46]
Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib
- 12.05.2026 [18:38]
Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək
- 12.05.2026 [18:33]
Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub
- 12.05.2026 [17:59]
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti
- 12.05.2026 [14:49]
Sumqayıt Teatrında yeni uşaq tamaşası hazırlanır
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]