Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Şahin Mustafayev: Prezident İlham Əliyevin türk dövlətlərinin inteqrasiyası prosesində böyük rolu var

Akademik Şahin Mustafayev: Prezident İlham Əliyevin türk dövlətlərinin inteqrasiyası prosesində böyük rolu var

Bakı, 21 oktyabr, AZƏRTAC

Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər nəticəsində dünyanın siyasi xəritəsində müstəqil türk dövlətlərinin yaranması Türk dünyası üçün yeni mərhələnin başlanğıcını qoydu. Siyasi çoxqütblülük, iqtisadi və informasiya qloballaşması proseslərinin inkişafı şəraitində türk xalqlarının daha çox birlikdə hərəkət etməsi zərurəti meydana çıxdı, ötən dövr ərzində ölkələrarası münasibətlər inkişaf etdi. Türk Dövlətləri Təşkilatının (TDT) qurulması isə bu quruma üzv olan ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi və daha sıx inteqrasiya prosesləri üçün yeni imkanlar açdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev söyləyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatı bu gün 160 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən, böyük iqtisadi və elmi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik üzv ölkələrinin milli maraqları istiqamətində müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığın güclənməsinə xidmət edir və qlobal əhəmiyyətli bir quruma çevrilməkdədir. Bu prosesə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir: “Türk dövlətləri liderlərinin uzaqgörənliyi və siyasi iradəsi sayəsində qarşılıqlı münasibətlər ildən-ilə genişlənir, bir çox sahələrdə inteqrasiya prosesləri intensiv xarakter alır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində göstərdiyi xidmətlər müstəsna əhəmiyyətə malikdir”.

Akademik qeyd edib ki, Azərbaycanın son onilliklərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dəniz nəqliyyatı, dəmir yolları, neft və qaz boruları, kommunikasiya xətlərinin çəkilməsi sahəsində həyata keçirdiyi irihəcmli iqtisadi layihələr, əslində, türk dövlətləri arasında sıx iqtisadi əlaqələrin inkişafına xidmət edir.

Ş.Mustafayev deyib: “Prezident İlham Əliyev ali dövlət vəzifəsində fəaliyyətinin ilk günlərindən başlayaraq türk dövlətləri ilə konstruktiv əməkdaşlıq münasibətlərinin qurulmasının Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirib. Bu strateji mövqe türk dövlətləri arasında inteqrasiya əsaslı tərəfdaşlıq əlaqələrinin yaranmasında, qardaş ölkələrlə sıx siyasi, iqtisadi, mədəni, elmi əlaqələrin güclənməsi və həyata keçirilməsində həlledici rol oynayıb. Prezident İlham Əliyev TDT-nin təsisçi dövlətlərinin başçılarından biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Türk dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilən IX Zirvə görüşündə qəbul edilən Naxçıvan Bəyannaməsi ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması Azərbaycan dövlətinin və Prezidentinin bu prosesə dəstəyinin bariz nümunəsidir. Həmçinin Azərbaycan dövlətinin başçısının 2014-cü ildə Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı zamanı Türk İnvestisiya Fondunun yaradılması ilə əlaqədar təşəbbüs irəli sürməsi iqtisadi əlaqələrin inkişafına güclü təkan verib.

Türk Dövlətləri Parlament Assembleyasının və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi də Azərbaycanın Türk dünyasının inteqrasiyasına verdiyi böyük önəmin konkret təzahürüdür.

Prezident İlham Əliyev TDT-nin əhəmiyyətli inkişaf yolu keçdiyini, üzv ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət göstərdiyini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsində böyük önəm kəsb etdiyini bütün bəyanatlarında daim vurğulayır.

Azərbaycan Prezidenti TDT-nin üzvü olan ölkələrdən kənarda yaşayan türklərin hüquqları, təhlükəsizliyi və milli kimliyinin qorunması kimi məsələləri də təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vacibliyini hər fürsətdə dilə gətirir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu məsələnin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Türk dünyası böyük bir ailədir. Bu ailə təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir”.

Azərbaycan Prezidentinin türk dövlətləri arasında elmi və ədəbi-ictimai əlaqələrin inkişafına olduqca yüksək qiymət verdiyini və bu münasibətlərin daha da genişlənməsinə xüsusi qayğı göstərdiyini diqqətə çatdıran akademik deyib: “Azərbaycan dövlətinin başçısının diqqəti sayəsində 2008-ci ilin fevral ayında Bakı şəhərində dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş tədbirlər (Çingiz Aytmatov həftəsi) keçirilib. Azərbaycanda Çingiz Aytmatovun həyatı və yaradıcılığı haqqında qiymətli elmi əsərlər nəşr edilib. Prezident İlham Əliyev, həmçinin tanınmış qazax yazıçısı və mütəfəkkiri Oljas Süleymenovun ədəbi-ictimai fəaliyyətinə, ölkəmizlə əlaqələrinə hər zaman yüksək qiymət verir və bu münasibətlərin inkişaf etdirilməsinə diqqət yetirir.

Azərbaycan Prezidentinin Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünyaşöhrətli alim Əziz Səncəri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktarı qəbul etməsi, “Əziz Səncər, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir” deməsi onun tərəfindən Türk dünyasında elmi-texniki tərəqqiyə nə qədər yüksək qiymət verildiyinin bariz göstəricisidir. Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən, türk xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəniyyəti sahəsində elmi tədqiqatlar apararaq türk dövlətləri arasında elmi əlaqələrin inkişafına öz töhfəsini verən Türk Akademiyasının fəaliyyəti də Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub”.

Akademik Şahin Mustafayev vurğulayıb ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində Qarabağın azad edilməsi sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının tarixində dönüş nöqtəsidir: “Təsadüfi deyil ki, müharibədən bir il sonra İstanbulda keçirilən Zirvə görüşündə ölkəmizin başçısı Qarabağın azad edilməsi işində göstərdiyi səylərə və Türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeninə layiq görülüb.

Hazırda Azərbaycanın xarici siyasətində Türkiyə və Mərkəzi Asiya türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu əlaqələrin genişləndirilməsinin ən böyük göstəricisi kimi son bir il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmçinin həmin ölkələrin başçılarının Azərbaycana səfərlərini nümunə göstərmək olar. Bu əlaqələrin inkişaf etdirilməsi təkcə Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün böyük önəm kəsb edir. Prezident İlham Əliyev bu səfərləri zamanı dövlətlərarası əlaqələrin gücləndirilməsində ortaq mədəni köklərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək bu münasibətlərin vacibliyinə diqqət çəkir: “Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk”.

Qeyd olunan məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində göstərdiyi müstəsna xidmətlərlə böyük və tarixi bir missiyanı həyata keçirdiyini deməyə əsas verir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava