Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Yaqub Mahmudov Qarabağın qədim alban-türk tarixi ilə bağlı real faktları açıqlayıb

Akademik Yaqub Mahmudov Qarabağın qədim alban-türk tarixi ilə bağlı real faktları açıqlayıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan dövləti olan Albaniya “Qafqaz Albaniyası” adı ilə təqdim olunub. Halbuki Albaniya tarixindən bəhs edən heç bir ilk mənbədə “Albaniya” termininin önündə “Qafqaz” sözü yoxdur. Real tarixi saxtalaşdıraraq Azərbaycan Albaniya dövlətini “Qafqaz Albaniyası” kimi təqdim etməkdə məqsəd aydın idi: Cənubi Qafqazda geniş əraziləri, o cümlədən indiki Ermənistan ərazisini əhatə edən böyük Albaniya dövlətinin guya Azərbaycana mənsub olmadığını “əsaslandırmaq”. Bundan başqa, o vaxt Albaniya tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarda “xristiandırsa türk deyildir” kimi qeyri-elmi prinsip hökmranlıq edirdi. Bununla Azərbaycan xalqının ulu babaları olan türk etnoslarının rolunu Albaniya tarixindən tamamilə silib atmaq kimi anti-Azərbaycan siyasəti həyata keçirilirdi. Bu siyasəti ölkəmizin daxilindəki səlahiyyətli dairələrin Moskvaya və İrəvana xidmət edən bəzi nümayəndələri himayə edirdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov deyib.

Akademik vurğulayıb ki, Azərbaycan Albaniya dövlətinin mövcud olduğu dövrdə Qarabağın dağlıq hissəsi burada yaşayan iskit-sak türklərinin adı ilə Ərsak adlanıb: “Ərsak “ər” və “sak” sözlərindən əmələ gəlməklə, qədim türk dillərində “ər sak” - “igid sak” və ya “sak əri”, “sak igidi” mənasındadır. Erməni saxtakarları özlərinə Cənubi Qafqazda “qədim tarix” uydurmaq məqsədilə “Ərsak” terminini təhrif edərək “Artsax” kimi təqdim edirlər. Əslində isə sak türklərinin Qarabağda hökmranlıq etdikləri dövrdə ermənilərin Cənubi Qafqazda izi-tozu belə yox idi. Onların çar Rusiyası tərəfindən bu diyara köçürülməsinə hələ 2500 illik bir tarixi dövr qalırdı. Yeri gəlmişkən, iskit-sak-massaget türkləri bütün Azərbaycan ərazisinə yayılmışdılar. O zaman Şimal-Qərbi Azərbaycanın böyük bir ərazisi Sakan (saklar ölkəsi) adlanırdı. Sak türklərinin Şimali Azərbaycanda Şəki kimi böyük yaşayış məskəni vardı. Zaqatala, Qanıx çayının daha qədim adı olan “Alazan” termini və digər çoxsaylı yer-yurd adları da iskit-sak türkləri ilə bağlıdır. İskit-sak toplumları ilə yanaşı, hələ bundan çox əvvəl Azərbaycan torpaqlarında məskən salmış digər türk tayfa birliyindən - kimmerlərdən də xalqımızın bugünkü nəsillərinə Qımır, Qımırlı, Qımırbazar, Qəmərli, Gümrü kimi yaşayış məskənləri yadigar qalıb. Bunlar hamısı Azərbaycan xalqının tarixidir. Bu tarixi silib Albaniyanın çoxsaylı türk əhalisini, o cümlədən xristian-türk əhalini ancaq qeyri-türklər kimi qələmə vermək əsla doğru deyil, daha doğrusu saxtakarlıqdır”.

Məlum olduğu kimi, İslamın yayıldığı dövrdə müqəddəs kitabı olanlara toxunulmadı. Müqəddəs kitabı olmayanlar isə İslamı qəbul etdilər. Həmin dövrdə Azərbaycan-Alban xristian kilsəsi yurdumuzun qərb-dağlıq ərazilərində öz dini təsirini qoruyub saxlaya bildi. Beləliklə, ölkəmizdə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türk-müsəlman əhali, o cümlədən İslam dinini qəbul etmiş qeyri-türk albanlar; bir də azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb-dağlıq bölgələrində yaşayan xristian-türk albanlar, o cümlədən İslam dinini qəbul etməmiş qeyri-türk albanlar. Elə həmin vaxtdan da yadellilərin Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi üçün daha əlverişli şərait yarandı. İşğalçılar Azərbaycanla bağlı ərazi iddialarını reallaşdırmaq üçün xristianlığı qəbul etmiş qıpçaq türklərindən də istifadə edirdilər. Bu baxımdan Azərbaycan Albaniya dövlətinin tarixində mühüm rol oynamış xristian türk boylarının, o cümlədən qıpçaq türklərinin tarixi daha dərindən araşdırılmalıdır.

Alban-qıpçaq etnik-mədəni əlaqələri genişlənməkdə idi. Xüsusilə də Qarabağın mənşəcə türk olan Alban-Xaçın hakimlərinin onlara soykökü baxımından qohum olan tanınmış xristian-qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da möhkəmləndirmişdi. Maraqlıdır ki, xristian-qıpçaq xanımlar Qarabağda da özlərinin qıpçaq türkləri olduqlarını simvolizə edən “xatun” titulunu qoruyub saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin və s.) və türk boylarının adları bunu bir daha təsdiq edir.

Akademik Yaqub Mahmudov qeyd edib ki, Qarabağın ən qədim yerli əhalisinin, eləcə də bu diyarın alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyəti yoxdur: “Həqiqət bundan ibarətdir ki, Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın hakimi Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban türkləri olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni “alimləri” tərəfindən saxtalaşdırılaraq “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib. Ermənilərin Qarabağın yerli əhalisi olmadığını, onların buraya çar Rusiyası tərəfindən köçürülüb gətirildiklərini yaxın keçmişdə separatçıların özləri də etiraf edirdilər. Məhz onların təşəbbüsü ilə 1978-ci ildə Ağdərədə ermənilərin buraya köçürülməsinin 150 illiyi münasibətilə “Marağa-150” abidəsi ucaldılmışdı. Üstündən cəmi on il keçəndən sonra - 1988-ci ildə bu abidəni elə onların özləri də uçurmuşdular! Bütün bunlar da inkarolunmaz tarixi həqiqətlərdir!”

Qarabağın xristian-türk və qeyri-türk əhalisinin tarixində ən ağır faciə 1836-cı ildə baş verdi. Türkmənçay müqaviləsindən və ermənilərin Şimali Azərbaycana köçürülməsindən heç 10 il də keçməmiş - 1836-cı ildə erməni-qriqorian kilsəsi Azərbaycan-Alban xristian kilsəsinin ləğv edilməsinə nail oldu. Çar hökuməti qədim Azərbaycan-Alban xristian kilsəsinin bütün əmlakını Qriqorian kilsəsinə verdi. Alban mədəniyyətinin məhv edilməsinə, saxtalaşdırılmasına və erməniləşdirilməsinə başlanıldı. Elə həmin vaxtdan etibarən Qarabağın xristian-alban əhalisi kütləvi surətdə qriqorianlaşdırıldı və erməniləşdirildi. Zaman keçdikcə Qarabağda yaşayan ermənilər iki qrupa ayrıldı: Çar Rusiyasının bu diyara köçürüb gətirdiyi gəlmə ermənilər; bir də dönüklər, daha doğrusu dininə və etnik kimliyinə dönük çıxıb sonradan erməniləşənlər.

“Beləliklə, çar Rusiyasının erməniləri Şimali Azərbaycan torpaqlarına köçürüb gətirməsi, 1836-cı ildə Azərbaycan-Alban xristian kilsəsinin çar hökuməti tərəfindən ləğv olunması və Azərbaycana qarşı yeridilən qəddar müstəmləkəçilik siyasəti nəticəsində Cənubi Qafqaz tarixində kütləvi qırğınlar, soyqırımları, etnik təmizləmələr və deportasiyalar dövrü başlandı. Azərbaycan xalqı öz tarixinin ağır fəlakətlər dövrünə daxil oldu. Qarabağın daşnak yuvasına çevrilmiş dağlıq bölgələri isə bütün region üçün ən ağır bəlaya çevrildi. Lakin Vətən müharibəsində Azərbaycanın böyük tarixi Qələbəsi Cənubi Qafqaz regionunda yeni siyasi reallıqlar yaratdı. İlk növbədə, “böyük Ermənistan” xülyası və erməni hərbi mifi darmadağın edildi. Ən əsası isə biz erməni işğalçılarını torpaqlarımızdan qovub çıxararaq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bunun ardınca, Xankəndi şəhərində Dövlət Bayrağımız ucaldıldı və dünya erməniliyinin “Artsax” layihəsi tarixin tullantısına çevrildi. Bütün bunlar Azərbaycanın son 200 illik tarixində ilk dəfədir ki, reallaşdı. Və bunu böyük güc mərkəzlərinə qarşı siyasi-diplomatik mübarizədə və döyüş cəbhəsində öz xalqına və şanlı Ordumuza başçılıq edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Qalib sərkərdə, Qarabağın xilaskarı İlham Əliyev Azərbaycanın yüzillər boyunca yetişdirdiyi xalq qəhrəmanları sırasında ən uca zirvəni fəth etdi”, - deyə tarixçi alim fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək