Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Zərifə Əliyeva adına Liseydə ürəkaçan nailiyyətlər qazanılır

Akademik Zərifə Əliyeva adına Liseydə ürəkaçan nailiyyətlər qazanılır

Bakı, 1 avqust, İbrahim Əsədov, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Lisey ölkənin təhsil uğurları ilə seçilən məktəblərindəndir. Təhsilin inkişafı üçün burada səmərəli tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Mehriban Vəliyeva AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.

-Akademik Zərifə Əliyeva adına Liseyin fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.

-Akademik Zərifə Əliyeva adına liseydə 645 şagird təhsil alır. IX-XI sinifləri əhatə edən təhsil ocağı Azərbaycan və rus bölmələrində təmayüllər üzrə fəaliyyət göstərir. Liseydə siniflərin təmayüllər üzrə komplektləşməsi şagirdlərin maraq göstərdikləri fənləri daha dərindən mənimsəmələrinə imkan verir. Tədris ocağında fundamental və tətbiqi elmlərin tədrisi, bilik yarışlarının təşkili, beynəlxalq layihələrdə və olimpiadalarda iştirak prioritet məsələlərdən hesab olunur. Pedaqoji kollektiv şagirdlərdə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. 2009-cu ildən məktəb Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron məktəb” pilot layihəsinə qoşulub. Qeyd edək ki, diqqətəlayiq uğurlar qazanılıb. Lisey 2013-2014-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Əsas məqsədimiz milli mənəvi dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş, dünyanın qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrində təhsil ala biləcək gənclər yetişdirməkdir.

Liseydə 33 sinif otağı, multimedia və fənn kabinetləri, fizika və kimya laboratoriyaları, dörd kompyuter otağı, kitabxana, yeməkxana, idman zalı fəaliyyət göstərir. Sinif otaqları, laboratoriyalar və idman zalı müasir avadanlıqla təchiz olunub. Bununla yanaşı, liseyin İnformasiya-Resurs Mərkəzi, yeni dərslik, elmi və bədii ədəbiyyatla zəngin kitabxanası vardır.

Liseydə böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirə salonu yaradılıb. Salonda böyük alimin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən kitab və jurnallar, fotoşəkillər nümayiş olunur.

-Şagirdlərin biliyinin qiymətləndirilməsi necə həyata keçirilir ?

-Liseyə qəbul müsabiqə yolu ilə keçirilir və siniflər təmayüllər üzrə: riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri üzrə komplektləşdirilir. Şagirdlərin bilik səviyyəsini yoxlamaq üçün kiçik və böyük summativ qiymətləndirmə testləri, mövzu və bölmələr üzrə şifahi sorğu, müxtəlif fənlər üzrə layihə işlərinin müdafiəsi və sinifdən-sinfə keçid imtahanları keçirilir. Qiymətləndirmə 100 ballıq sistemlə aparılır. Birinci və ikinci yarımilin sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan başqa, şagirdlərin bilik səviyyəsini nəzarətdə saxlamaq üçün hər ay Liseydaxili Qiymətləndirmə Testləri (LQT) keçirilir. Testlərə hazırlıq məqsədi ilə xüsusi seminarlar, məsləhət saatları təşkil olunur. LQT-nin nəticələrinə əsasən hər bir sinfin, müəllimin, şagirdin müvəffəqiyyət faizləri hesablanır, reytinq cədvəlləri hazırlanır və yüksək bal toplamış şagirdlər stimullaşdırılır.

-Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi çox önəmli məsələdir. Bu sahədə hansı işlər görülür ?

-Liseydə informasiya-kommunikasiya texnologiyaları (İKT) geniş tətbiq edilir, bütün fənn müəllimlərinin və şagirdlərin keyfiyyətli təhsil prosesi üçün hərtərəfli imkanlar yaradılıb. Hazırda liseydə 33 proyektor, 75 stolüstü kompyuter (PC), 27 noutbuk, lisenziyalı proqram təminatı, səkkiz interaktiv qurğu, WI-FI zonası var. yüksəksürətli fiber-optik şəbəkədən müəllim və şagirdlər gündəlik istifadə edirlər. Bu, liseydə elektron jurnalın istifadəsini təmin edib. Liseydə İKT üzrə savadlılığın artırılması məqsədilə mütəmadi treninqlər keçirilir. Şagird və müəllimlər ilboyu dərs prosesində digər məktəblərdə keçirilən tədbirləri veb kameralar vasitəsi ilə izləyirlər. Şagirdlər müəllimlərlə daim onlayn əlaqədədirlər. Liseydə elektron dərslər qurulur, müəllimlərin tapşırıqları elektron poçt vasitəsilə təhlil edilir. Elektron "qaynar xətt" mövcuddur ki, bu da şagirdlərdə fikirlərini müstəqil ifadə etmək imkanı yaradır, rəhbərliyə daxil olan şikayət və təkliflər obyektiv araşdırılır. 2014-cü ildə Koreya- Azərbaycan İKT əsaslı innovativ tədris layihəsi çərçivəsində liseydə İKT əsaslı innovativ tədris otağı yaradılıb. Nəticədə yalnız informatika dərsləri deyil, digər fənlər də İKT-dən geniş istifadə olunmaqla tədris edilir.

-Liseyin nailiyyətləri haqqında nə deyərdiniz ?

-2014-2015-ci tədris ilində fənn olimpiadalarının Bakı şəhər turunda iştirak edən 52 şagirdimizdən 27-si “Bakı turunun qalibi” adına layiq görülüb. Fənn olimpiadaların respublika turunda 11 şagirdimiz qızıl, gümüş, bürünc medallarla təltif olunub. “Sabahın alimləri” IV Respublika müsabiqəsində liseyin şagirdləri böyük uğurlar əldə ediblər. Onlar müxtəlif kateqoriyalar üzrə 15 layihə ilə təmsil olunub və 10 layihə müsabiqədə uğur qazanıb. Birinci yerə layiq görülmüş, fizika-astranomiya kateqoriyası üzrə layihənin qalibləri Mədət və Nigar Sərdarlı bacı-qardaşları bu ilin mayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilmiş “Elm və mühəndislik” sərgisində respublikamızı təmsil ediblər. Şagirdlərdən Leyla Ələkbərli və Vüsalə Süleymanovanın “İri şəhərlərin yaşıllaşdırılmasının ekoloji modeli” adlı layihəsi 2015-ci il aprelin 29-dan mayın 5-dək Keniyada keçirilmiş beynəlxalq elmi-layihə olimpiadasında gümüş medala layiq görülüb, həmçinin onlar mayın 31-dən iyunun 5-dək Niderlandda keçirilmiş İNESPO layihə olimpiadasının iştirakçısı olublar. İlkin Musayev proqramlaşdırma üzrə bir layihə ilə, Ələkbər Əsgərov, Samir İbrahimzadə və Cəmil Əlizadə robot texnikası üzrə birgə layihələri ilə liseyimizi bu ilin aprelində Çində keçirilmiş beynəlxalq müsabiqədə təmsil ediblər. Eyni zamanda, may ayında İstanbulda keçirilən “MEF” Beynəlxalq Tədqiqat Layihələri yarışmasında liseyimizin şagirdləri Orxan Əhmədov və Tuncay Tağıyev kimya üzrə birgə hazırladıqları layihə ilə iştirak edərək bürünc medal qazanıblar.

Liseydə 2015-2016-cı tədris ilinə geniş hazırlıq işləri aparılır. Yeni tədris ilində nailiyyətlərimizi daha da yüksəltməyə çalışacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik