AKADEMİKİN ELMİ NAİLİYYƏTLƏRİNİN “AVROPA TAĞI”
Avropanın İnkişaf Təşəbbüsləri Mərkəzi və Biznes Təşəbbüsləri Direktorluğunun keçirdikləri təqdimat məruzəsində dünyanın 62 ölkəsinin nümayəndələri üç kateqoriya (qızıl, platin, brilyant) üzrə mükafatlara layiq görülmüşlər.
Azərbaycanın səhiyyə naziri, əməkdar elm xadimi, akademik Əli İnsanovun son iyirmi ildə apardığı elmi işlərin nəticələri olan ixtiraları, vərəmin patogenezində yeni nəzəriyyəni, ilk milli dərman “İnsanovin” barədə məlumatları özündə cəmləşdirən “Vərəm” adlı dərsliyi yüksək qiymətləndirilərək, müəllif platin “Avropa tağı” mükafatına layiq görülmüşdür.
Frankfurtda “İnternational Arch of Europe” mükafatına dünyanın bir çox nüfuzlu şirkətləri və iş adamları, o cümlədən xalq istehlakı malları nominasiyasına görə 5 qitənin 40 ölkəsində ofisi olan İsveçrənin ZERTER İNTERNATİONAL şirkəti, kosmik gəmilər, raketlər və peyklər istehsalına görə Rusiyanın RE SEARCH İNSTİTUTE of SPACE SYSTEMS İnstitutunun bir qrup alimi, Avrasiya məkanında informasiya nüfuzuna görə Türkiyənin çox böyük tirajla yayılan “Milliyyət” qəzetinin redaksiyası da layiq görülmüşlər.
Akademik Əli İnsanovun müəllifi olduğu “Vərəm” kitabının xarici dillərə tərcümə olunaraq, Avropanın ali məktəblərində dərslik kimi istifadə edilməsi tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]