Azərbaycan Dövlət İnformasiya Agentliyi

A.Karavayev: Bakı formatı gələcək üçün qazanılmış kapitaldır

A.Karavayev: Bakı formatı gələcək üçün qazanılmış kapitaldır

Moskva, 12 mart, AZƏRTAC

“Azərbaycan çoxvektorluluq taktikasında tanınmış lider və uzunmüddətli geosiyasi münaqişələr qrupunun bilavasitə yaxınlığında yerləşməsinə baxmayaraq, dünyada çoxvektorlu siyasət praktikasını qoruyub saxlamağı və inkişaf etdirməyi bacarmış az sayda ölkələrdən biridir. Buna görə də xarici siyasətdə tarazlıq yaratmaq sahəsində Bakının təcrübəsi çoxları üçün, xüsusən zorla qəbul etdirilən çoxsaylı öhdəliklərə, iri qonşularının kənardan göstərdiyi təzyiqə və inteqrasiya ittifaqlarının çərçivəsinin əziyyətini çəkən orta və kiçik miqyaslı dövlətlər üçün maraq doğurur”.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Onun fikrincə, IV Qlobal Bakı Forumunun “Çoxvektorlu dünyaya doğru” mövzusu bu gün həmişəkindən daha aktual səslənir. Beynəlxalq gündəlikdə multivektorluluq və çoxqütblülük ideyası on il bundan əvvəl təsəvvür edilə biləcəyi kimi, öz aktuallığını əsla itirməyib, əksinə, bir sıra dövlətlərin qoruyub saxlamağa, fasilə yarandığı halda isə onu yenidən “sıraya qaytarmağa” çalışdığı siyasi praktikaya çevrilib.

Politoloq deyib: “Prezident İlham Əliyevin yeni Bakını dünyaya qlobal səviyyəli dialoq məkanı kimi təqdim etmək ideyası praktiki olaraq hərtərəfli uğurla nəticələnib. Təşkilati xərclər nəzərə alınmasa, bu ideyanın mənfi cəhəti yoxdur, müsbət cəhətlərini isə çox sadalamaq olar”.

A.Karavayev Bakı forumunun keçirilməsinin əsas müsbət cəhətləri arasında tanınmış siyasətçilərin və ictimai xadimlərin iştirak etdiyi açıq sammitlər formatını xüsusi qeyd edir. A.Karavayev deyib: “Müxtəlif sahələrdə “ən parlaq ulduzların” iştirakı iqtisadiyyatdan və diplomatiyadan başlamış mədəniyyətə və idmana qədər bütün spektr üzrə Azərbaycan brendlərinin statusunu yüksəltməyə imkan verir. Bu forumlarda çoxsaylı selebretizlərin (celebrity - dəvət edilmiş ulduz), yəni sabiq və fəaliyyətdə olan siyasətçilərin, məmurların, media məşhurlarının, populyar tədqiqatçıların bu forumda iştirak etməsi çoxsaylı xarici KİV-lərin diqqətini cəlb edir və dəvət edilmiş ölkələrin elitasının Azərbaycana marağını qoruyub saxlayır. Burada turizm potensialının əhəmiyyətli dərəcədə möhkəmlənməsini də qeyd etmək lazımdır. Siyasət və şou-biznes ulduzları Bakıda dəniz sahilində addımlayarkən Azərbaycan paytaxtının kiçik və orta biznes sahələrində gəlirləri artır, həmin ölkələrdən olan insanların Azərbaycana gəlməyə marağı güclənir. Azərbaycana turist axınına dair statistik göstəricilər də bu fikri təsdiq edir”.

A.Karavayevin fikrincə, burada ikinci mühüm məqam ondan ibarətdir ki, indi bu format əslində heç bir öhdəlik nəzərdə tutmur. Beynəlxalq Bakı forumlarının müdrikliyi bundan ibarətdir. Bakı çox dəqiq mövqe tutaraq kəskin beynəlxalq problemlərdən distansiyanı gözləyir, mümkün nəticələri bilinməyən real siyasi savaşlara qoşulmur. Təbii ki, bu sözlər Qarabağ münaqişəsi probleminə aid deyil, lakin həmin forumların strateji vəzifəsinin çərçivəsindən kənara çıxarılır, hərçənd, məlum səbəblərə görə bu məsələ əsas leytmotivlər sırasında səslənir. Əlbəttə, əgər biz konkret olaraq Qlobal Forum barədə danışırıqsa, həmin forum öz gündəliyinə görə tamamilə mücərrəd (və ya intriqalardan məhrum) ola bilməz. Məsələn, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov ilə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko arasında kəskin disputun əlamətdar cəhəti ondan ibarətdir ki, problemli məsələlərin sayı az qala həndəsi silsilə üzrə artır. Bakıda kəskin diskussiyalardan yan keçmək mümkün deyil. Lakin digər tərəfdən bu, “genişlənməyə hesablanmış” formatdır. Azərbaycan reallığa etinasız qalmayacaq, xarici siyasət gündəliyindəki məsələlər barəsində daha fəal mövqe isə “multivektorlu tarazlıq” strategiyasını inkar etmir. Bu gün Bakı formatı gələcək üçün qazanılmış kapitaldır. Belə fəallıq daha bir neçə il davam etsə, dünya birliyi Bakını Yaxın Şərq münaqişələrinin tənzimlənməsi prosesində real mürəkkəb dialoqlar keçirilməsi üçün münasib məkan, “Cenevrənin alternativi” kimi qəbul edəcək. Böyük siyasət səviyyəsinə bu cür keçid üçün kifayət qədər təməl yaradılıb”.

Politoloq daha sonra qeyd edib ki, dünya elitasının Bakı sosial-siyasi və mədəni sammitləri 2008-ci ildən başlanıb. O vaxt ilk dəfə “iki dünyanın” - İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirləri birlikdə Azərbaycan paytaxtına dəvət edildi. Sonrakı dövrdə keçirilmiş silsilə tədbirlərdə multikultural dəyərlər müzakirə olundu. 2010-cu ilin aprel ayında keçirilmiş dinlərarası sammitdə Ermənistan da daxil olmaqla 35 ölkədən 150-yə yaxın dini lider iştirak edirdi (həmin sammit çərçivəsində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında əlamətdar görüş oldu). Rusiya prezidentinin dəstəyi ilə dalbadal bir neçə il Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum keçirildi. Bu il aprel ayında Bakı “Sivilizasiyalar alyansı”nın BMT tərəfindən təşkil olunan yeddinci iclasına ev sahibliyi edəcək...

A.Karavayev deyib: “Qlobal Bakı Forumunun daha bir detalını qeyd etmək istərdim. Diskussiya sammitinin bu formatı beynəlxalq elmi təşəbbüs kimi formalaşır. Bu qlobal forumun təşəbbüskarı Nizami Gəncəvi Mərkəzi olub. Moskva Dövlət Universitetinin Azərbaycan filialının rektoru professor Nərgiz Paşayevanın dəstəyi ilə Oksford universitetinin layihəsi kimi yaradılmış bu Mərkəz Qərbdə Azərbaycan barədə informasiyanın keyfiyyətli şəkildə təbliğ edilməsi üçün elitanın ictimai diplomatiyasını, “istefada olan” ulduzların fəallığını və elmi-publisistik fəaliyyəti özündə cəmləşdirir. Nizami Gəncəvi Mərkəzinin iki həmsədri - Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və Misirdəki İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin əslində müxtəlif fəaliyyət sahələrini və demək olar ki, diametral sosial-siyasi dünyaları təmsil edən insanlardır. Lakin bu insanlar Nizami Gəncəvi Mərkəzinin himayəsi altında birləşərək Azərbaycan “soft power”inin (mədəni və siyasi təsir mexanizmlərinin) imkanlarını nümayiş etdirmək üçün Şərq ilə Qərbi qovuşdurmağa çalışırlar.

Beləliklə, qlobal qeyri-sabitlik dövründə beynəlxalq siyasi elitanın Azərbaycanın topladığı multivektorluluq kapitalına və tolerant cəmiyyət qurulması doktrinasına ehtiyacı yəqin ki, hiss ediləcək. Bakı dialoq məkanından konkret münaqişələrin tənzimlənməsi üçün real praktiki istifadə imkanları isə, necə deyərlər, öz-özünə yaranacaq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək