Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akira Matsunaqa: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib

Akira Matsunaqa: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib

Tokio, 6 yanvar, AZƏRTAC

AZƏRTAC-ın xüsusi müxbiri Yaponiyanın Sasakava Sülh Fondunun baş elmi işçisi, Tokio Universitetinin professoru Akira Matsunaqa ilə görüşərək onun Azərbaycan barədə fikirlərini öyrənib. Müsahibəni təqdim edirik.

-Cənab Akira Matsunaqa, sizi Azərbaycanda region üzrə mütəxəssis kimi yaxşı tanıyırlar. Siz həm Türkiyə, həm Azərbaycan, həm də ümumilikdə region üzrə bir sıra araşdırmaların müəllifisiniz. Ölkəmiz hansı xüsusiyyətlərinə görə sizi cəlb edir?

-Azərbaycana mənim marağım ölkəniz dövlət müstəqilliyini bərpa etdikdən sonra başlayıb. Diplomatik və elmi fəaliyyətimlə bağlı Türkiyəni öyrəndiyimə görə, 1991-ci ildə SSRİ süquta uğradıqdan sonra Qafqazda yerləşən və Türkiyə ilə sıx əlaqələrə malik bir ölkə olaraq Azərbaycan diqqətimi cəlb etdi. Azərbaycanlıların azadlıq uğrunda mübarizəsi, göstərdiyi rəşadət məndə sizin ölkəyə böyük maraq oyatdı. Ötən əsrin 90-cı illərində Yaponiyada demək olar ki, Azərbaycanı tanımırdılar. Türkiyədə işləməyim və türk dilini bilməyim etnik cəhətdən çox yaxın olan Azərbaycanı öyrənməyə kömək etdi. 1991-ci ildən başlayaraq Azərbaycana, Bakıya etdiyim səfərlər mənə sizin ölkənizi daha yaxından tanımağa imkan yaratdı. Səmimi deyim ki, Azərbaycan çox gözəl ölkədir, insanlarınız çox mehriban və qonaqpərvərdirlər. Məhz bu cəhətlərinə görə Azərbaycanı bir tədqiqat obyekti kimi seçdim.

- Həm diplomatik fəaliyyətiniz, həm də elmi araşdırmalarınızla bağlı çoxlu ölkələrdə olmuş, müxtəlif xalqların mədəniyyətlərini öyrənmisiniz. Sizcə Azərbaycan və yapon xalqlarını hansı oxşar cəhətlər birləşdirir?

- Azərbaycan və yapon xalqları mədəni kökləri ilə bir-birinə çox yaxındırlar. Həm Azərbaycanda, həm də Yaponiyada qonağa böyük hörmət və ehtiramla yanaşırlar. Ona ən ləziz yeməkləri, içkiləri təklif edirlər. Yaponiya ilə Azərbaycan arasında böyük məsafənin olmasına baxmayaraq, Asiyanın qədim xalqları kimi, xalqlarımızın ürəklərində ortaq nöqtələr çoxdur. Mən azərbaycanlıları görüşdüyüm digər xalqların nümayəndələri ilə müqayisə edəndə bunu daha dərindən hiss etdim.

- Siz, eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə də qatılmısınız, 2014-cü ildə IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmusunuz. Məhz bu istiqamətdə Azərbaycanın təşəbbüslərini necə qiymətləndirirsiniz?

- Azərbaycan son illər mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlədən birinə çevrilib. Həmin tədbirlərdə dünyanın görkəmli xadimləri bir araya gələrək bütün dünyanı düşündürən mühüm məsələləri müzakirə edirlər. Şəxsən iştirakçısı olduğum IV Bakı Beynəlxalq Humanitar Forumuna da dünyanın müxtəlif guşələrindən - Çindən, Rusiyadan, Amerikadan, demək olar ki, bütün qitələrdən nümayəndələr gəlmişdilər. Həmin Forum müxtəlif millətlərə, dinlərə məxsus insanları bir araya toplamışdı. Biz müxtəlif mədəniyyətlər arasında qarşılıqlı mübadilənin təşkili ilə bağlı çox maraqlı müzakirələr apardıq. Həmin tədbirdə ilk dəfə Azərbaycana gələn tanınmış professorlar, elm adamları da iştirak edirdilər. Azərbaycanın əlverişli geopolitik mövqeyi dünyanın müxtəlif yerlərindən olan insanların bura toplaşmasına şərait yaradır. Yəni həm Avropadan, həm də Asiyadan olan tanınmış ictimai xadimlər burada bir araya gəlmək və mühüm müzakirələr aparmaq üçün yaxşı imkan əldə edirlər.

- Ötən ilin aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlik bütün dünyanın diqqətini bu regiona yönəltdi. Azərbaycan Ermənistanın növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Baş verən son hadisələrlə bağlı fikrinizi bildirməyiniz maraqlı olardı.

- Azərbaycanın işğal altında olan ərazilərini azad etmək cəhdi tamamilə başadüşüləndir. Münaqişə başlayan andan Ermənistanın öz böyük diaspor şəbəkəsi vasitəsilə əldə etdiyi informasiya üstünlüyü, təəssüf ki, dünyanın bir çox ölkələrində münaqişə barədə yanlış məlumatların yayılmasına səbəb olub. Məhz bu kanalların fəal işi nəticəsində Ermənistan zərər çəkən tərəf kimi tanınırdı. Düşünürəm ki, Azərbaycan məsələnin əsl mahiyyətinin dünyaya çatdırılması üçün fəaliyyətini daha da artırmalıdır. Region üzrə mütəxəssis olduğuma görə, mənim Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə kifayət qədər məlumatım var. Lakin bir çoxları hələ də Ermənistanın yalan məlumatlarına inanırlar. Azərbaycan həm mediadan, həm internet resurslardan və həm də digər vasitələrdən istifadə edərək münaqişənin əsl mahiyyətini dünyaya çatdırmalıdır.

- Bildiyimiz kimi, bu yaxınlarda Tokioda nəşr edilmiş “Türk dünyası” kitabında sizin Azərbaycana həsr olunan məqaləniz də yer alıb. Bu kitab və məqalə barədə nə deyə bilərsiniz?

- Həmin kitabda bütün türk dünyası, türkdilli xalqlar barədə geniş məlumatlar əksini tapıb. Burada böyük türk dünyasına mənsub olan xalqların, o cümlədən Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir inkişaf səviyyəsi haqqında məlumatlara yer verilib. Mənim Azərbaycan haqqında məqaləmdə də ölkənizin tarixi keçmişi, coğrafiyası, İslam dininin bərqərar olması, bu ərazidə yaşayan azərbaycanlıların qədim mədəniyyəti, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra qarşılaşdığı çətinliklər barədə geniş danışılıb. Xüsusən müstəqilliyin ilk illərində yaranan gərgin vəziyyət, ümummilli lideriniz Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən Prezident İlham Əliyevin böyük quruculuq fəaliyyəti barədə məlumatlar əksini tapıb. Düşünürəm ki, həmin kitab Azərbaycanı vahid türk dünyasının bir parçası olaraq tədqiq edənlər üçün mühüm mənbə rolunu oynaya bilər.

- Azərbaycanla bağlı yaxın gələcək üçün nə kimi yeni layihəniz var?

- Azərbaycanın regionda güclənən mövqeyi, qazandığı iqtisadi uğurlar sizin ölkənizə bütün dünyanın diqqətinin artmasına səbəb olub. O cümlədən Yaponiyada da son illər böyük uğurlar qazanan Azərbaycan haqqında daha obyektiv məlumatların yayılmasına ehtiyac yaranıb. Bunu nəzərə alaraq, bir qrup yapon alimi - Keyo Universitetinin professoru, xanım Youke Hirose, Tohoku Universitetinin professoru Seigi Kitaqava, Hokkaydo Universitetinin professoru Masari Taçibana və mən Azərbaycana dair daha geniş məlumatları əks etdirən yeni kitabın nəşri barədə layihə hazırlamışıq. Kitaba Azərbaycanın zəngin tarixi, qədim mədəniyyəti, müasir siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Yaponiya-Azərbaycan münasibətləri barədə geniş məlumatların daxil edilməsi nəzərdə tutulur. Düşünürəm ki, yeni nəşr Azərbaycanın Yaponiyada daha yaxşı tanınmasına imkan yaradacaq.

- Qeyd etdiyiniz kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycana səfərlər etmisiniz. Bu illər ərzində ölkəmizdə hansı yeniliklərin şahidi olmusunuz?

- Mən, demək olar ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənizdəki sürətli və dinamik inkişafın canlı şahidi olmuşam. Yalnız paytaxt Bakını deyil, eyni zamanda, Naxçıvan, Gəncə, Şəki və başqa şəhərləri də gəzmişəm. Qeyd etdiyim kimi, ümummilli lideriniz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında mühüm rol oynayıb. Onun müəyyən etdiyi strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla icrası nəticəsində Azərbaycan son 25 ildə görünməmiş inkişaf yolu keçib.

Azərbaycan çox gənc ölkədir və sizi böyük perspektivlər gözləyir. Düşünürəm ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq.

-Maraqlı müsahibəyə görə, çox sağ olun.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq