“Akkord” korporasiyası yeni istehsal sahəsini istismara vermişdir
Bakı, 5 noyabr (AZƏRTAC). “Akkord Mingəçevir Maşınqayırma Zavodu”nda dam örtüyü və onun aksessuarlarını istehsal edən yeni istehsal sahəsinin açılışı olmuşdur.
“Akkord” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu istehsal sahəsində 5 avtomat xətt və aksessuarlar istehsal edən avadanlıqlar istismara verilmişdir. Dam örtüyü istehsal edən xətt Finlandiyanın dünyada tanınmış “Samesor OY” şirkətindən alınmışdır. Xətdə Avropa standartlarına cavab verən fin texnologiyası ilə eni 1200 millimetr, uzunluğu 2 min 200 millimetr olan dam örtükləri, həmçinin sifarişçilərin tələbinə uyğun müxtəlif uzunluqda dam örtükləri istehsal etmək mümkündür. Xəttin aylıq istehsal gücü 500 tondur.
Digər avtomat xətlər Finlandiyanın tanınmış “Magring OY” şirkətindən alınmışdır. Xətlər Avropa standartlarına tam cavab verən texnologiya ilə 12 adda aksessuar - boru, nov, mahiyyə, qazan, daxili və xarici künclüklər, su axıdıcı dirsək, boru bərkidiciləri və s. istehsalına imkan verir.
Dam örtüyü və aksessuarların istehsalı üçün istifadə olunan materiallar Finlandiyanın “RUUKKİ OY” şirkətindən rulon formasında alınır.
Bu günlərdə həmin şirkətlərin nümayəndələri “Akkord Mingəçevir Maşınqayırma Zavodu”nda olmuşlar. Gələcəkdə bu sahəni daha da genişləndirmək üçün yeni əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]