RƏSMİ XRONİKA
ALBANİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BAMİR TOPİYƏ
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Albaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 iyul 2007-ci il