Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır

Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır

Moskva, 16 yanvar, AZƏRTAC

Qazın qiymətləri üzrə yeni razılaşma Rusiya ilə onun ənənəvi tərəfdaşı Ermənistan arasında münasibətlərin çətin vaxtlardan keçdiyinin siqnalıdır.

AZƏRTAC xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin söyləyib. O qeyd edib ki, Rusiya üçün neft və qaz təkcə iqtisadi deyil, həm də geosiyasi amildir. Əgər Rusiya qazı öz tərəfdaşlarına daha ucuz qiymətə satırsa, bu dolayısı yolla həmin dost ölkələrin dəstəklənməsi anlamına gəlir. Bu dostluq müəyyən öhdəliklər sistemini nəzərdə tutur. “Paşinyanın davranışı qeyri-sabitliyi ilə seçilir. O, Qarabağ probleminin nizama salınması üzrə Ermənistanın keçmiş rəhbərliyinin işğal olunmuş beş rayonun Azərbaycana qaytarılması haqqında vasitəçilərlə, o cümlədən Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina etdi. Onları sıfırlayan Paşinyan öz etibarsızlığını nümayiş etdirdi. Həm də Ermənistan baş nazirinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə münasibətlərdə göstərdiyi bu cür etibarsızlıq halları çoxdur. Paşinyan Ermənistanın tərəfdaşları ilə müxtəlif qarşılıqlı fəaliyyət istiqamətləri üzrə qüvvədə olan razılaşmaların dəyişdirilməsini tələb edib. Ümumilikdə, o, hələ özünü düşmən kimi aparmasa da, artıq dost kimi də davranmır”, - deyə Duqin əlavə edib.

Ekspertin sözlərinə görə, Paşinyanın Rusiya ilə nəyin mümkün, nəyin qeyri-mümkün olacağı ilə bağlı anlaşılmazlığı son həddə çatıb...

“Prezident Putin şantaja dözmür. Rusiya Prezidenti tərəfdaşların öz öhdəliklərinə əməl etdiyi, onların sözü ilə əməlinin uyğun gəldiyi və etibarlı olduğu təqdirdə sakit davranır. Belə olan halda Putin əsl dost ola və böyük güzəştlərə gedə bilər. Lakin tərəfdaşın sözü ilə əməli düz gəlmirsə, yaxud ümumiyyətlə heç bir sözü yoxsa, Putin bir neçə dəfə xəbərdarlıq edə bilər, lakin sonradan sərt tədbirlər görür. Əgər Ermənistanın yeni rəhbərliyi özünün bu cür siyasətini davam etdirsə, bu, sadəcə fəlakətlə nəticələnəcək. Putinlə belə oyunlar keçməz. Hələlik isə, biz əsl həqiqətdə Ermənistanla münasibətlərin pisləşdiyini görürük. Bu, xüsusən Azərbaycanla münasibətlərin yaxşılaşması fonunda baş verir. Azərbaycan hakimiyyəti indiki Ermənistan hökumətinin əksinə olaraq davamlılıq, öz siyasətində ardıcıllıq və sağlam təfəkkür nümunəsi göstərir. Bu gün Azərbaycanın Rusiyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı və müttəfiqi kimi öz mövqeyini möhkəmlətməsi, həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üzrə bu cür müsbət proseslərin fonunda Paşinyanın Ermənistanın Qərbin himayəsinə keçəcəyi ilə bağlı Putini şantaj etməsi mümkün olan strategiyaların ən yanlışıdır. Paşinyan Rusiya ilə münasibətlərdə, Avrasiya geosiyasətində açıq-aşkar naşıdır. Ola bilər ki, öz mövqeyində düzəlişlər etsin. Mən buna çox ümid edirəm. Lakin hələ ki, bunu görmürəm”, - deyə Duqin bəyan edib.

Duqin qazla yanaşı, Moskvanın başqa təsir vasitələri olduğunu da vurğulayıb... Məsələn, Qarabağ münaqişəsinin nizama salınması. “Putin Ermənistana deyə bilər: “Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik, Qarabağı hər zaman onun bir hissəsi hesab etmişik. Biz Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin qəti əleyhinəyik, amma gəlin işğal olunmuş Dağlıq Qarabağın bütün ərazisində Azərbaycanın konstitusion qaydalarını bərpa edək. Əgər Rusiya üçün də özünün Cənubi Qafqazda sülhməramlı missiyasının səmərəliliyinin nümayiş etdirilməsi baxımından vacib olan Dağlıq Qarabağa bitişik olan 5 rayonun könüllü yolla qeyd-şərtsiz qaytarılması üzrə razılaşmaları reallaşdırmaq istəməsəniz, onda gəlin başqa istiqamətdə irəliləyək... Rusiyanın bu tezisi səsləndirməsindən sonra şərait qorxulu istiqamətdə dəyişəcək. Və Rusiyadakı heç bir böyük erməni diasporu Paşinyanın köməyinə çata bilməz”, - deyə ekspert əlavə edib.

Rusiyalı ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycan “Xalq cəbhəsinin” vaxtında olduğu kimi rusofob, Qərbin təsiri altında özünü itirmiş ölkə deyil. Azərbaycan Respublikası indi Rusiya ilə yaxınlaşan möhkəmlənmiş, sülhpərvər və çox sürətlə inkişaf edən dövlətdir.

A.Duqin Rusiyanın Azərbaycanla daha çox yaxınlaşdığını, ölkələr arasında strateji tərəfdaşlığın gücləndiyini xüsusi vurğulayıb. “Vladimir Putin Prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirir. Biz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki ardıcıllıqdadır. Rusiya İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Paşinyanın söylədikləri əməllərinə uyğun olmadıqda isə bunun nəticələri avtomatik olaraq Rusiya və Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yəni xalqlar arasında münasibətlərlə siyasəti qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə, bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik - xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır”, -deyə ekspert diqqətə çatdırıb.

Duqinin fikrincə, bu gün Ermənistan xoş niyyət nümayiş etdirməli, Qarabağ probleminin həllinə səy göstərməli və Rusiya, Türkiyə, Azərbaycan və İranın, bəlkə də tədricən Gürcüstanın da timsalında formalaşan Avrasiya balansına qoşulmalıdır. Putinin təklifi məhz bundan ibarətdir və bu, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə bundan əvvəlki mərhələdə əldə etdikləri razılaşmanın mahiyyətidir.

Ekspert qeyd edib: “Lakin Paşinyan deyir ki, yox-yox-yox, mən bu barədə heç nə bilmirəm, heç bir şey eşitməmişəm, bütün bunların - sizin geosiyasətin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mənim üçün qazın qiymətini endirin, yoxsa ərazimizdə sizin hərbi bazanız olmayacaq. Lakin bunlar heç bir halda danışılası sözlər deyil.

Hesab edirəm ki, bu məsələdə başlıca məqam Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Moskva bu məsələdə təkidlidir və iki qədim gözəl xalqın münasibətlərinə dair tarixi məntiqdən çıxış edir. Bu mövqeyin kökündə duran bütün fəaliyyətləri dəstəkləmək lazımdır. Lakin, təəssüf ki, indiyədək müəyyən dərəcədə qorunub saxlanılan status-kvo nəticələrin heç də bəyanatlardan uzağa getmədiyini söyləməyə əsas verir. Jestlər, konkret addımlar lazımdır. Nizamlanma prosesi davam etməlidir və hamı onun nəticələrini görməlidir”.

A.Duqin daha sonra bildirib: “Münaqişənin sülh yolu ilə nizamlanmasına başlamaq üçün Ermənistan 5 rayonu qaytarmalıdır. Sonra daha 2 rayon qaytarılır. Bunu Ermənistanın güzəşti adlandırmaq olmaz. Axı, Ermənistan dünyaya açılacaq, beynəlxalq iqtisadi layihələrdə iştirak imkanı əldə edəcək, iqtisadiyyatını dirçəltməyə başlayacaq. Azərbaycan isə Rusiya, İran, Türkiyə və digər regional güclərin nəzarəti altında blokadanı götürür, azərbaycanlıların və ermənilərin qarşılıqlı fəaliyyəti, onların dinc yanaşı yaşaması istiqamətində proseslər başlayır. Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə buna səy göstərməlidirlər. Əsas hədəf - sülhdür. Əgər 2019-cu ildə nizamlanma prosesində hərəkətlənmə olsa, bu, böyük qələbə olacaq. Bunun üçün beynəlxalq şərait də mövcuddur. Rusiya və Azərbaycan buna hazırdırlar. İndi söz Yerevanındır. Lakin Paşinyan, gördüyümüz kimi, Rusiya ilə münasibətləri korlayır. Əgər o, belə davam edərsə, nizamlanma üzrə sülh prosesi baş tutmayacaq”.

Ekspert Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüşündən də bəhs edib: “Mən Azərbaycan ziyalıları ilə görüşdüm. Onlar çox gözəl insanlardır. Pianoçu Fərhad Bədəlbəyli - Qacar şahları sülaləsinin törəməsi, görkəmli Bədəlbəyli nəslinin davamçısı. Münaqişə nəticəsində yaşadıqları iztirablara rəğmən onlar məndə intiqam almaq istəyən insanlar təəssüratı yaratmadılar. Onların bir çoxu münaqişə vaxtı yaxınlarını, hər şeylərini itiriblər, lakin nifrət hissi ilə yaşamırlar. Hətta deməliyəm ki, ən başından onlarda diplomatlara xas olan bəzi keyfiyyətləri gördüm. Onlar sadə insanlar deyillər. Bu ziyalılar öz yurdlarına qayıtmağı ürəkdən arzulayan və bütün azərbaycanlı qaçqınların doğma evlərinə geri dönməsi üçün əllərindən gələni edən Azərbaycan elitasının bir hissəsidirlər.

Mən şahidi oldum ki, Azərbaycan icmasından olan qaçqınlarda ermənilərə qarşı çox düşünülmüş, olduqca ayıq-sayıq və sağlam münasibət var. Onlar iki xalqın yan-yana birlikdə yaşamasının zəruriliyindən danışırlar və başa düşürlər ki, hər iki xalq artıq həddindən çox itkilər verib. Bu gün Dağlıq Qarabağın Azərbaycan icması erməni icmasına əlaqələri bərpa etməyi təklif edir. Axı perspektivdə hər iki xalq münaqişənin dinc yolla həllində maraqlı olanların hamısına sübut etməli olacaq ki, onlar sülh şəraitində dinc yanaşı yaşaya bilərlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb