Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aleksandr Murinson “Haaretz” qəzetində dərc olunmuş məqalənin müəllifinin qərəzli mövqeyini ifşa edib

Aleksandr Murinson “Haaretz” qəzetində dərc olunmuş məqalənin müəllifinin qərəzli mövqeyini ifşa edib Vaşinqton, 31 oktyabr, Yusif Babanlı, AZƏRTAC

Bu günlərdə İsraildə çıxan “Haaretz” qəzetində Yair Aronun “İsrail Azərbaycana silah satmamalıdır” sərlövhəli məqaləsi dərc edilib. Amerika Strateji Araşdırmalar Mərkəzinin eksperti, İsraildəki Wikistrat geostrateji təhlil agentliyinin böyük analitiki Beqin-Sadat həmin məqalə barədə AZƏRTAC-ın Vaşinqton bürosuna müsahibə verib. Xatırladaq ki, məqalənin müəllifi Azərbaycanı ermənilərə qarşı “soyqırımı törətməkdə”, ölkəmizdə başqa millətlərə münasibətdə tolerantlıq olmamasında əsassız olaraq ittiham edib, Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan-İsrail münasibətləri barədə bütün faktları təhrif edib.

- Məqalə müəllifi Ermənistan-İsrail münasibətlərində hansı əsas faktları nəzərə almayıb?

- İsrail vətəndaşları, xüsusən özləri silahlı qruplaşmaların hücumlarına məruz qaldığı bir vaxtda regionun bütün reallıqlarını nəzərə almalıdırlar. Azərbaycan İsraili həyati əhəmiyyətli, onun iqtisadiyyatının inkişafı üçün zəruri olan enerji resursları ilə təmin edən ölkədir. İsrail ilə Azərbaycan arasında münasibətlər inkişaf etdiyi və möhkəmləndiyi halda Ermənistan KİV-lərində və xarici ölkələrdəki erməni diasporunun nəşrlərində mütəmadi olaraq antisemit fikirlər söylənilir. İsrailə və yəhudi xalqına qara yaxılır, onlar iblis kimi qələmə verilir. Ermənistan özü artıq təhlükəli millətçilik, faktiki irqçilik yolu seçmiş monoetnik dövlətə çevrilib. Keçən əsrin 70-80-ci illərinin hadisələrini xatırlasaq, görərik ki, ASALA erməni terror təşkilatının üzvləri Livandakı Bekaa vadisində Fələstin məşq bazalarında, Münxen Olimpiya Oyunlarında İsrailli idmançılara qarşı terror hücumu təşkil etmiş bədnam “Qara sentyabr” qrupu ilə birlikdə təlim keçiblər. Qeyd etmək lazımdır ki, ASALA terrorçularından Monte Melkonyan ad-soyadlı birisi həmin Bekaa vadisində hazırlıq keçib və 1990-cı illərdə Azərbaycanın Qarabağ regionunda Azərbaycan ordusuna qarşı döyüşüb, dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qırğında bilavasitə iştirak edib.

- Azərbaycan İsrail üçün müsəlman aləminə mədəni və dini körpü kimi, habelə enerji resurslarının təchizatçısı və təhlükəsizlik məsələlərində tərəfdaş kimi nə dərəcədə əhəmiyyətlidir?

- İsrail Azərbaycan ilə möhkəm siyasi əlaqələr qurub, təhlükəsizlik sahəsində onunla əməkdaşlıq edib. Sovet İttifaqı dağılandan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri İsrail olub. İsraildə Azərbaycandan köçüb gəlmiş yəhudilərin böyük icması var. Bu, iki ölkə arasında səmərəli kommersiya əlaqələrinin və insani münasibətlərin inkişafı üçün mühüm element və vacib kanaldır. Bildiyiniz kimi, Azərbaycanın Qarabağ bölgəsi erməni silahlı qüvvələrinin işğalı altındadır, Azərbaycanın ərazi bütövlüyü pozulub. Buna baxmayaraq, regionun reallıqları onu göstərir ki, Ermənistan digər müsəlman dövlətləri ilə iqtisadi əməkdaşlıqdan bəhrələnir, onlardan enerji ehtiyatları almaqda davam edir. İsraildə isə əhalinin əksəriyyətinin qeyri-müsəlman olmasına baxmayaraq, bu ölkə Azərbaycan ilə kommersiya və humanitar əlaqələri inkişaf etdirməkdə, habelə təhlükəsizlik sahəsində tərəfdaşlığı genişləndirməkdə davam edir.

- Siz həmin məqalənin müəllifinə Azərbaycanda yəhudilərə münasibətdə istər sovet dönəmində, istərsə də müstəqil dini tolerantlıq barədə nələri öyrənməsini məsləhət görərdiniz?

- Bu qarşılıqlı rəğbətin dərin tarixi kökləri vardır. Azərbaycan rəhbərliyi postsovet məkanında antisemitizmlə bağlı hər hansı faktları həmişə pisləyib. Prezident Heydər Əliyev həmişə deyirdi ki, Azərbaycan ilə İsrail arasında tarixən dostluq münasibətləri olub. Heydər Əliyev israilli diplomatlar qarşısında çıxışında demişdi ki, Azərbaycan-İsrail dostluğunun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu bərabərhüquqlu vətəndaşlar kimi yaşayıblar. Azərbaycanlılar onları heç vaxt əcnəbi hesab etməyiblər. O, müasir Azərbaycanın tarixində aşkinazi yəhudilərinin də xüsusi rolunu qeyd edərək deyirdi ki, xalqımız 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəlində Azərbaycana gəlmiş, respublikamızda elmin, mədəniyyətin, səhiyyənin, iqtisadiyyatın, sənayenin inkişafına çox böyük töhfələr vermiş və unudulmaz izlər qoymuş yəhudiləri heç vaxt unutmayacaq.

Azərbaycanın yəhudi icması Birləşmiş Ştatlarda və İsraildə yəhudi icması ilə sıx əlaqə saxlayır. Aşkinazi yəhudiləri, dağ yəhudiləri və gürcü yəhudiləri də daxil olmaqla Azərbaycanın yerli yəhudi icmalarının rəhbərləri 1998-ci ilin noyabr ayından bəri müntəzəm görüşlər keçirir, fikir mübadiləsi aparırlar.

Amerika yəhudi təşkilatlarının liderləri Azərbaycana ilk səfərləri zamanı Azərbaycan hökumətinin bu ölkədəki yəhudi icmalarına hörmətin, onlarla səmimi dostluğun səviyyəsinə, Qubadakı dağ yəhudiləri icmasının dinamik inkişafına heyran olmuşdular. Dünya yəhudi Agentliyinin (Soxnut) direktoru Qyora Romm 2003-cü ilin yanvar ayında İsraildə səfərdə olarkən Azərbaycanda yəhudi icması ilə dostluq münasibətlərini xüsusi qeyd edib. O deyib: “Azərbaycan yeganə ölkədir ki, orada yəhudilərə bu dərəcədə ədalətli münasibət bəsləyirlər”. Yəhudilərin immiqrasiyasına kömək məsələləri ilə hökumət səviyyəsində məşğul olan təşkilatın liderinin bu bəyanatı çox əlamətdardır.

1999-cu ilin aprel ayında Prezident Heydər Əliyev NATO-nun yaradılmasının 50 illiyinə həsr olunmuş sammitdə iştirak etmək üçün Vaşinqtonda səfərdə olub. Səfər müddətində o, Amerika yəhudi icması ilə də görüşüb və yəhudilərə münasibətdə səmimi hisslərini bildirib. O, Amerika yəhudilərini bədnam 907-ci düzəlişin ləğv olunması üçün səylərini davam etdirməyə çağırıb.

Azərbaycan hökuməti bu ölkədə doğulmuş İsrail vətəndaşlarına ikili vətəndaşlıq verilməsi barədə xüsusi qərar qəbul edib. Əslən Azərbaycandan olan xeyli sayda dağ yəhudisi İsraildə yığcam halda yaşayır. Ən iri icmalar Hayfada və Akkodadır. Bu immiqrantlar tarixi vətənləri ilə ailəvi və iqtisadi əlaqələrini davam etdirirlər. İsrailin Bakıdakı sabiq səfiri Eytanu Nae qeyd edib ki, İsraildəki Azərbaycan yəhudiləri möhkəm kommersiya əlaqələrinin əsasıdırlar. Azərbaycandan İsrailə 40 minə yaxın yəhudi immiqrasiya edib. Yəhudilərə həmişə dostluq münasibəti bəsləyən Azərbaycan xalqının mədəniyyətinə və ənənələrinə yaxşı bələd olan bu insanlar Azərbaycan dilində danışırlar. Bu, Azərbaycana sərmayə qoymaq istəyən israilli sahibkarlar üçün yaxşı resurs ola bilər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək