Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün təlimlər davam edir
Bakı, 14 oktyabr, AZƏRTAC
Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimləri davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlər pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikası mövzularını əhatə edir.
Təlimlərdə spiker qismində institutun əməkdaşları Leyla Sultanlı, Həsən Əlili, Əli Tağıyev, həmçinin Müşərrəf Məmmədova, Gülnar Cəfərova, Əminət Diqanayeva çıxış edirlər.
Sonda təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikat təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [21:00]
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir
- 24.08.2026 [19:25]
Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib
- 24.08.2026 [19:10]
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
- 24.08.2026 [18:55]