Ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub
Bakı, 31 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub. Sentyabrın 4-dən 9-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:14]
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub
- 05.06.2026 [15:45]
Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib
- 05.06.2026 [15:32]
Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub
- 05.06.2026 [15:02]