ALİMİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Salonda alimin elmi əsərlərindən ibarət sərgi açılmışdı.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov mərasimdə çıxış edərək, professor Məmmədxan Rəsulovun geniş elmi-pedaqoji və ictimai fəaliyyətindən danışmış, onun işıqlı xatirəsinin ürəklərdə daim yaşayacağını söyləmişdir.
Sonra Məmmədxan Rəsulovun həyat və fəaliyyəti, elmi yaradıcılığı mövzularında məruzələr dinlənilmişdir.
Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanov, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri İkram Kərimov, əməkdar hüquqşünas, professor İbrahim İsmayılov, Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin direktor müavini, baş ədliyyə müşaviri İlham Abbasov və başqaları alimlə bağlı xoş xatirələrini danışmış, onun mənalı ömür yolunun gənc nəslə layiqli örnək olduğunu söyləmişlər.
Alimin ailə üzvləri adından dosent Rafiq Rəsulov mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]